Bakı-Şamaxı yolunda qohumlar qəzaya düşdü:  ölən və yaralanan var
07 noyabr 2026 14:41 (UTC +04:00)

Bakı-Şamaxı yolunda qohumlar qəzaya düşdü: ölən və yaralanan var

0

Bakı–Şamaxı–Yevlax avtomobil yolunda ölümlə nəticələnən qəza olub.

Lent.az-ın xəbərinə görə, hadisə yolun 107-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 72 yaşlı Rəşid Məmmədovun idarə etdiyi “Mersedes Vito” markalı avtomobil yoldan çıxaraq yol kənarına aşıb. Nəticədə avtomobildə olan 6 nəfərdən biri - 61 yaşlı Şərqiyə Məmmədova aldığı xəsarətlərdən dünyasını dəyişib. 70 yaşlı Şəfiqə Məmmədova isə xəsarət alıb.

Məlumata görə, xəsarət alan sürücünün həyat yoldaşı, həyatını itirən isə qardaşının həyat yoldaşıdır. Onların əslən Qax rayonundan olduqları bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar