Bakıda 17 minlik mal-qara  oğurlandı
19 sentyabr 2025 12:10 (UTC +04:00)

Bakıda 17 minlik mal-qara oğurlandı

0

Paytaxtın Xəzər rayonunda talama cinayəti qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, naməlum şəxslər zərərçəkənin yaşadığı evin həyətindən 17000 manat dəyərində mal-qara oğurlayıblar.
 
Xəzər rayon Polis İdarəsi 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı N.Novruzov və 21 yaşlı H.Vəlizadə saxlanılıblar. 
 
İdarənin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı isə Binə qəsəbə sakininə məxsus evdən 781 manat dəyərində təmir-tikinti materialları oğurlamaqda şübhəli bilinən, əvvəllər dələduzluq əməlinə görə məhkum olunmuş 26 yaşlı H.İsazadə də tutulub.
 
Hər iki fakt üzrə araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar