Ələ keçirilən avtomat
08 fevral 2022 16:48 (UTC +04:00)

Ələ keçirilən avtomat

Bakıda 5 minlik silah satan tutuldu - VİDEO

Bakıda silah alverçisi tutulub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi, 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Bölməyə Neftçala rayon sakini, əvvəllər məhkum edilmiş Cahid Bağırovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs odlu silahı 5000 manata satmaq istəyən zaman saxlanılıb.

Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 6 ədəd patron və həmin silaha məxsus daraq aşkar edilərək götürülüb. Cahid Bağırov odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. Araşdırma zamanı onun Yasamal rayonunda evlərdən birindən təmir-tikinti aləti oğurladığı da müəyyən edilib.

Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri digər əməliyyatlar zamanı isə narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul Fərid Ayvazov və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Xəqan Yusupov saxlanılıblar. Bu şəxslərin üzərindən heroin və metamfetamin aşkar edilib.

Əməliyyatlar zamanı saxlanılan hər 3 şəxs barəsində  məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.

Bakıda silah alverçisi tutuldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2452

Oxşar yazılar