Bakının Sabunçu, Xəzər, eləcə də Abşeron rayonunda müxtəlif ünvanlardan ümumi dəyəri 70 min manat olan elektrik naqilləri oğurlanıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsi 15-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 42 yaşlı Zamin Cəfərov saxlanılıb.
Araşdırmalarla saxlanılan şəxsin müxtəlif vaxtlarda gecə saatlarında qeyd olunan ərazilərdən keçən elektrik xətlərini sökərək naqilləri oğurladığı və əlvan metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
