Paytaxtın Sabunçu rayonunda evlərdən silsilə oğurluqlar edilib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, naməlum şəxs müxtəlif vaxtlarda rayonun Maştağa qəsəbəsində iki evə daxil olaraq pul və qızıl-zinət əşyaları talayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı S.Mirzəyev saxlanılıb.
Araşdırma zamanı onun rayon ərazisində daha yeddi evdən pul və qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.