Bakıda 3 nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU  - YENİLƏNİB
27 iyun 2022 14:45 (UTC +04:00)

Bakıda 3 nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU - YENİLƏNİB

Xəbərə hadisə anının videosu əlavə olunub

***

26 iyun, saat 05:00

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Zabrat-Maştağa şosesində baş verib.

10-GV-746 dövlət nişanlı “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1996-ci il təvəllüdlü Orxan Hüseynov əks yola çıxıb. Bu zaman “VAZ-2106” ilə “BMW” markalı maşın toqquşub. Zərbənin gücündən “VAZ-2106”nın sürücüsü və sərnişinləri Rüstəm Ağayev və Həsən Məmmədov hadisə yerində ölüb. “BMW”-nin sürücü və sərnişini ağır xəsarət alaraq 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib. Ölən hər üç şəxsin meyiti morqa təhvil verilib.

# 10137
avatar

Oxşar yazılar