Bakıda anasını döydüyünə görə  atasını öldürən 15 yaşlı qız ev dustaqlığına buraxıldı - YENİLƏNİB
05 fevral 2026 19:51 (UTC +04:00)

Bakıda anasını döydüyünə görə atasını öldürən 15 yaşlı qız ev dustaqlığına buraxıldı - YENİLƏNİB

0

Bakıda atasını öldürməkdə şübhəli bilinən yeniyetmə qız ev dustaqlığına buraxılıb.

Lent.az xəbər verir ki, bu barədə Nizami rayon məhkəməsində qərar verilib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmadığını əsas gətirərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsini təklif edib.

Məhkəmə təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, Bakının Nizami rayonunda mənzildə ailə məişət zəminində bıçaqlanma hadisəsi baş verib. 1977-ci il təvəllüdlü Haşımov Rüfət Arif oğlu mübahisə zamanı həyat yoldaşını döyüb. Bunu görən onların 15 yaşlı qızı bıçaqla Rüfət Haşımova xəsarəti yetirib. Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib və orada ölüb.

Prokurorluğun yaydığı məlumata görə, fevralın 2-i 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan şəxs tərəfindən xəsarət yetirilməsi nəticəsində bir gün sonra müalicə aldığı xəstəxanada ölüb. Onun 15 yaşlı qızı cinayəti törətməkdə şübhəli bilinərək saxlanılıb.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanıb.

4 fevral, 15:10

Bakıda atasını öldürən 15 yaşlı qız saxlanılıb.

Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 2-də 49 yaşlı Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan şəxs tərəfindən xəsarət yetirilməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.

***
10:13

Bakıda 15 yaşlı qızı tərəfindən bıçaqlanan ata ölüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, yeniyetmə qızı tərəfindən bıçaqlanan 49 yaşlı Haşımov Rüfət Arif oğlu ağır xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb və o, dünən həmin xəstəxanada dünyasını dəyişib.

***
3 fevral, saat: 01:43

Bakının Nizami rayonunda ailə məişət zəminində bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İsmayıl Məmmədov küçəsində yerləşən mənzildə qeydə alınıb.

Zərərçəkənin anası hadisənin başqa bir şəxs tərəfindən törədildiyini bildirsə də, DİN-dən sorğumuza cavab olaraq bildirilib ki, 1977-ci il təvəllüdlü Haşımov Rüfət Arif oğlu mübahisə zamanı həyat yoldaşını döyüb.

Bunu görən onların 15 yaşlı qızı bıçaqla Rüfət Haşımova xəsarəti yetirib. Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Rüfət Haşımov cərrahi əməliyyat edilib. Fakt üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5236

Oxşar yazılar