Bakıda avtomobilin nömrəsini  oğurlayıb, sahibindən pul istəyənlər  TUTULDU
12 noyabr 2026 13:23 (UTC +04:00)

Bakıda avtomobilin nömrəsini oğurlayıb, sahibindən pul istəyənlər TUTULDU

0

Bakıda avtomobilin nömrəsi oğurlanıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayonu ərazisində “Hyundai” markalı avtomobilin dövlət qeydiyyat nişanının oğurlanması və geri qaytarılması müqabilində sahibindən 2000 manat tələb edilməsi barədə polisə müraciət daxil olub.

Polisin keçirdiyi tədbirlərlə əməli törədən 39 yaşlı T.Sultanov və 34 yaşlı R.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 130

Oxşar yazılar