Bakıda "avtoş"luq  edənlər saxlanıldı
11 sentyabr 2025 11:17 (UTC +04:00)

Bakıda "avtoş"luq edənlər saxlanıldı

0

Bakıda avtoxuliqanlıq etməklə digər hərəkət iştirakçılarına təhlükə yaradan, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən və digər kobud qayda pozuntusu törədən 6 sürücü müəyyən olunaraq saxlanılıb.

Bu barədə Lent.az-a Bakı Şəhər DYP İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, sürücülərin hər biri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı saxlanılıb.

Avtoxuliqanlıq edən “Hyundai” markalı avtomobilin sürücüsü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə onun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Həmçinin “Vaz21214” markalı, “Ravon” markalı, “Vaz21214” markalı, “Vaz21214” markalı və “Opel” markalı nəqliyyat vasitələrinin sürücüləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar