Bakıda avtoxuliqanlıq edən sürücü maşını  ağaca çırpdı   - FOTO
28 sentyabr 2022 03:57 (UTC +04:00)

Bakıda avtoxuliqanlıq edən sürücü maşını ağaca çırpdı - FOTO

Bakının Nəriman Nərimanov rayonunda avtoxuliqanlıq edən sürücü maşını aşırıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Nəcəf Nərimanov küçəsində baş verib.

Belə ki, “Niva” markalı avtomobili idarə edən sürücü, sərnişin qismində əyləşən tələbə yoldaşları ilə birgə manevr qaydalarını kobud şəkildə pozub. 

Hadisə şahidləri bildirir ki, sürücü avtoxuliqanlıq əməli törədib. 

O, yüksək sürətlə hərəkət edərək əl əyləcindən istifadə edib. 

Daha sonra maşın idarəetmədən çıxaraq ağaca çırpılıb. 

Zərbə o qədər güclü olub ki, ağac kökündən çıxıb. 

Hüquq mühafizə orqanın əməkdaşlarının verdiyi məlumata görə, sürücü sərxoş vəziyyətdə olub. 

O, xəstəxanaya aparılıb. Qəzanın baş verdiyi əraziyə Yol Patrul və post Patrul Xidmətinin əməkdaşları cəlb edilib. 

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.
 

# 1404
avatar

Oxşar yazılar

Qohumlarının şantaj etdiyi qadın özünü körpüdən atmaq istədi

Qohumlarının şantaj etdiyi qadın özünü körpüdən atmaq istədi

9 dekabr 2022 , 09:56
21 yaşlı qız hamamda boğulub öldü

21 yaşlı qız hamamda boğulub öldü

9 dekabr 2022 , 09:20
Göygöldə dəm qazı  ölümə səbəb oldu

Göygöldə dəm qazı ölümə səbəb oldu

9 dekabr 2022 , 08:37
Qazaxda minik maşını aşdı, ölənlər var  - FOTO

Qazaxda minik maşını aşdı, ölənlər var - FOTO

9 dekabr 2022 , 08:17
Bakıda  DSX -nin zabiti   döyüldü

Bakıda DSX -nin zabiti döyüldü

9 dekabr 2022 , 02:43
Sumqayıtda qadın  qazdan zəhərlənib öldü

Sumqayıtda qadın qazdan zəhərlənib öldü

9 dekabr 2022 , 00:32
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

8 dekabr 2022 , 22:04
Bayramda qonaq çox içdiyi üçün  öldürüb zirzəmiyə atdılar

Bayramda qonaq çox içdiyi üçün öldürüb zirzəmiyə atdılar

8 dekabr 2022 , 19:53