Bakıda DƏHŞƏT:  gənc boksçu döyüşdə öldü -YENİLƏNİB
16 fevral 2026 12:19 (UTC +04:00)

Bakıda DƏHŞƏT: gənc boksçu döyüşdə öldü -YENİLƏNİB

0

Bakıda boksçu yarışda ölüb.

Azərbaycan Boks Federasiyasından Lent.az-a verilən məlumata görə, fevralın 14-də iki yeniyetmə boksçu – Vaqif Rüfət oğlu Məhəmmədli və Əli Fazil oğlu Ruşanov arasında şəxsi məşqçilərinin istəyi ilə sınaq döyüşü (sparrinq) keçirilib.

6-7 dəqiqə davam edən sparrinq zamanı Əli Ruşanov huşunu itirərək yerə yıxılıb. Dərhal təcili tibbi yardım briqadası müdaxilə edib. O, 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Vaqif Məhəmmədli və Əli Ruşanov yaxın günlərdə keçiriləcək yeniyetmələr arasında Azərbaycan çempionatına hazırlaşmaq üçün məşqçiləri ilə birlikdə Bakıya gəliblər.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”, – deyə federasiyanın mətbuat xidmətindən bildirilib.

***

11:04

Bakıda boksçu yarışda ölüb.

Lent.az xəbər verir ki, hafisə Xətai rayonu 8 Noyabr prospektində yerləşən Azərbaycan Boks Federasiyasında qeydə alınıb. 

Orada keçirilmiş döyüş zamanı Mingəçevir şəhər sakini, 2010-cu il təvəllüdlü Əli Fazil oğlu Ruşanov başından zərbə alaraq xəstəxanaya yerləşdirilib və orada ölüb. 
     
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1226

Oxşar yazılar