Bakıda ƏMƏLİYYAT:  İvan Kislyakov 9 kilo narkotiklə TUTULDU
19 yanvar 2026 18:50 (UTC +04:00)

Bakıda ƏMƏLİYYAT: İvan Kislyakov 9 kilo narkotiklə TUTULDU

0

Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Lent.az xəbər verir ki, Yeni Günəşli qəsəbəsi ərazisində baş tutan tədbir zamanı 32 yaşlı İvan Kislyakov saxlanılıb.

Ondan 5 büküm ümumi çəkisi 9 kiloqram 450 qram tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanaraq götürülüb. 

Saxlanılan şəxs ifadəsində narkotikləri paytaxt ərazisində satışını təşkil etmək məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 698

Oxşar yazılar