Bakıda evdən 10 minlik OĞURLUQ
29 noyabr 2023 10:17 (UTC +04:00)

Bakıda evdən 10 minlik OĞURLUQ

Bakıda ev qarət edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binə qəsəbəsində bir evin həyətindən 10.000 manat dəyərində avadanlıq oğurlanması barədə polisə məlumat daxil olub.

Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş S.Quliyev saxlanılıb.

Araşdırma aparılır.

# 1209
avatar

Oxşar yazılar