Qadın polis bölməsini yandırdı
24 may 2025 13:51 (UTC +04:00)

Qadın polis bölməsini yandırdı

Rusiyanın Sankt-Peterburq şəhərində 38 yaşlı qadın polis bölməsini yandırmaqda şübhəli bilinir.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Korablestroiteley küçəsində baş verib. Nəticədə akt zalı yanıb, lakin yanğınsöndürənlər gələnə qədər heyət yanğını söndürə bilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları müşahidə kameralarının görüntülərini araşdırıblar. Məlum olub ki, qadın binanın pəncərəsini sındıraraq yanğın törədib. Bundan sonra o, bir neçə həyətyanı sahəni keçib maşına minərək oradan uzaqlaşıb.

Daha sonra o, saxlanılıb. Sankt-Peterburq sakininin özünün dediyinə görə, o, cinayəti dələduzların ucbatından törədib.

Qadın deyib ki, mayın ortalarında onun hesabı sındırılıb və onun adına kreditlər verilib. Bundan əlavə, naməlum şəxslər onu Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirməkdə ittiham ediblər.

Cinayət təqibindən yayınmaq üçün o, yanğın törətmək qərarına gəlib. İstintaqçılar terror aktı törətmə maddəsi ilə cinayət işi açıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 551

Oxşar yazılar