Təyyarəmizin qəzaya uğradığı yerə güllər əkildi - VİDEO
24 may 2025 11:18 (UTC +04:00)

Təyyarəmizin qəzaya uğradığı yerə güllər əkildi - VİDEO

Sosial şəbəkələrdə Qazaxıstanın Aktau limanı yaxınlığında Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğradığı yerdə xatirə abidəsinin qoyulması ilə bağlı video yayılıb.

Lent.az Qazaxıstan mediasına istinadla bildirir ki, xatirə abidəsi olaraq təyyarənin qalıqlarının olduğu ərazinin ətrafına dəmir hasar çəkilib. Yaxınlıqda skamyalar da qoyulub, güllər əkilib.

Tüpkaraqan rayonunun icra hakimiyyətindən bildiriblər ki, abidənin qoyulması ilə yerli hakimiyyət orqanlarının heç bir əlaqəsi yoxdur:

“Bu, Manqiştau vilayəti sakinlərinin təşəbbüsüdür. Onlar öz vəsaitləri hesabına ölənlərin xatirəsini yad etmək qərarına gəliblər. Memorial üçün büdcədən pul ayrılmayıb”.

Xatırladaq ki, AZAL-ın Bakıdan Qroznıya uçan “Embraer-190” təyyarəsi 2024-cü il dekabrın 25-də səhər saatlarında Aktau hava limanında məcburi eniş etmək istəyərkən qəzaya uğrayıb. Təyyarədə 69 nəfər olub, onlardan 29-u sağ qalıb. Qeyd olunur ki, Qazaxıstanın tarixində bu, kütləvi tələfatla baş verən altıncı aviaqəzadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 599

Oxşar yazılar