Xəzər Tibb Mərkəzinin həkim-neantoloqu Gülnarə Əkbərova vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə xəstəxananın rəsmi hesabında məlumat yayılıb.
43 yaşlı həkim fevralın 25-dən 26-na keçən gecə dünyasını dəyişib.
Onun cərrahi əməliyyatdan sonra vəziyyətinin ağırlaşdığı və bu səbəbdən həyatını itirdiyi bildirilir.
Qeyd edək ki, o, Xəzər Tibb Mərkəzində Doğum və ginekologiya şöbəsində həkim-neonatoloq vəzifəsində çalışıb.