Bakıda icra hakimiyyətinin maşını qəzaya düşdü
27 may 2021 09:38 (UTC +04:00)

Bakıda icra hakimiyyətinin maşını qəzaya düşdü

Bakıda yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə bu gün səhər saat 8 radələrində paytaxtın Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsində qeydə alınıb. Sabunçu rayon İcra Hakimiyyətinə məxsus zibilyığan maşın "BMW" markalı minik avtomobili ilə toqquşub. Hadisə hər iki nəqliyyat vasitəsinin arakəsmədən geriyə dönmə əməliyyatı edən zaman baş verib.

Qəzada ölən və yaralanan olmayıb.

# 2193
avatar

Mehman Nəbiyev

Oxşar yazılar