Bakıda idman zalında  insult keçirən iş adamı öldü - 4 övladı var
18 oktyabr 2025 11:54 (UTC +04:00)

Bakıda idman zalında insult keçirən iş adamı öldü - 4 övladı var

0

Bakıda idman zalında ölüm hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Xətai rayonu N.Tusi küçəsində yerləşən idman zalında baş verib.

Burada məşq edən Bakı şəhər sakini 35 yaşlı Tural Yaşar oğlu Tapdıqzadə qəfil insult keçirib. O, insult diaqnozu ilə xəstəxanaya aparılarkən Nərimanov rayonu Təbriz küçəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, mediada yayılan məlumatlara görə, T. Tapdıqzadə ailəli olub və 4 övladı var. Mərhum sahibkarlıqla məşğul olurmuş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 436

Oxşar yazılar