Argentina Futbol Assosiasiyasının prezidenti SAXLANILDI -  SƏBƏB
23 iyul 2026 10:53 (UTC +04:00)

Argentina Futbol Assosiasiyasının prezidenti SAXLANILDI - SƏBƏB

0

ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapianı ölkədən çıxmağa cəhd edərkən Nyu-York hava limanında saxlayıb.

Argentinanın TN telekanalının məlumatına görə, insident futbol üzrə dünya çempionatı başa çatdıqdan sonra baş verib.

AFA rəhbəri ilə yanaşı, qurumun digər nümayəndələri də yoxlamaya cəlb olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları onların mobil telefonlarını və kompüterlərini müsadirə edərək araşdırmaya başlayıblar.

Məhkəmə sənədlərinə əsasən, AFA prezidenti Klaudio Tapia, qurumun xəzinədarı Pablo Toviqino və iş adamı Xavyer Faroni iyulun 30-da ABŞ-nin Florida ştatının Cənub Dairəsi üzrə Federal Məhkəməsində hakim qarşısına çıxmalıdırlar.

İstintaq çərçivəsində assosiasiyanın maliyyə və kommersiya fəaliyyəti, o cümlədən Cənubi Floridada bahalı daşınmaz əmlakın alınmasına dair əməliyyatlar araşdırılır.

Qeyd edək ki, bundan əvvəl fransalı araşdırmaçı jurnalist Romen Molina FIFA və Argentina Futbol Assosiasiyasının fəaliyyətinə dair ciddi ittihamlar səsləndirərək, qurumların daxili araşdırmaları və maliyyə əməliyyatlarında mümkün pozuntuların olduğunu iddia etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 910

Oxşar yazılar