Bakıda iki nəfəri avtomobil vurdu    
25 yanvar 2023 05:05 (UTC +04:00)

Bakıda iki nəfəri avtomobil vurdu    

Bakının Nərimanov rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, qəza Fətəli Xan Xoyski prospektində baş verib.

1990-cı il təvəllüdlü Ələkbərov Ariz Əziz oğlu və 1969-cu il təvəllüdlü Hacıməmmədova Yelena yolu keçərkən onların hər ikisini avtomobil vurub. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
 

# 1521
avatar

Oxşar yazılar