Bakıda ikimərtəbəli kotec yandı
05 yanvar 2022 09:42 (UTC +04:00)

Bakıda ikimərtəbəli kotec yandı

Bakıda kotecdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Xəzər rayonunda ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli kotecin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Kotecin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 1458
avatar

Mehman Nəbiyev

Oxşar yazılar