Bakıda ipoteka ilə ev almaq istəyən qadının başına OYUN GƏLDİ
02 dekabr 2022 14:38 (UTC +04:00)

Bakıda ipoteka ilə ev almaq istəyən qadının başına OYUN GƏLDİ

Bakıda qadın dələduzluqda ittiham olunur.

Lent.az-ın məlumatına görə, K. Kazımova barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsilə cinayət işi başlanıb. O, öz həmcinsi olan N. Osmanovanı aldadaraq, dələduzluq yolu ilə pulunu mənimsəməkdə təqsirli bilinir.

Məlumata görə, N. Osmanova ipotekaya ev almaq istəyib. Bunu bilən K. Kazımova da həmcinsinə kömək edəcəyini bildirib. Beləliklə Kazımova N. Osmanovanın ipoteka ilə ev almaq istəyini “reallaşdırmaq” üçün ondan 3500 manat pul alıb.

Ancaq pulu aldıqdan sonra vədinə əməl etməyib. Aldanıldığını görən zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib.

Hazırda K. Kazımovanın cinayət işi Nizami rayon Məhkəməsində araşdırılır.

# 2253
avatar

Mehman Nəbiyev

Oxşar yazılar