Bakıda İranın casus şəbəkəsinə qarşı ƏMƏLİYYAT:  7 nəfər saxlanıldı - YENİLƏNİB
31 yanvar 2023 15:00 (UTC +04:00)

Bakıda İranın casus şəbəkəsinə qarşı ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı - YENİLƏNİB

İranın casus şəbəkəsinə qarşı keçirilən əməliyyat zamanı tutulanların kimliyi məlum olub.

Lent.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A.T. Kərimov, E.A. Rəhimov, İ.Ə.Ələkbərov, M.N.Cəfərov, H.H. Cabbarlı, F.S. Əbdülov və A.Ə. Cümşüdov şübhəli şəxs qismində tutulublar.

***

saat 14:55

Bu gün Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, DİN tərəfindən əməliyyat keçirilən yerlər arasında SalamNews İnformasiya Agentliyi və “İnteraz”da var. 

Əməliyyat nəticəsində 7 nəfər saxlanılıb.

Qeyd edək ki, informasiya vasitələri İranın siyasətinin təbliğatı ilə məşğul olub, daha çox İranın maraqlarından çıxış ediblər.

Əməliyyatla bağlı hələlik hər hansı rəsmi informasiya verilməyib.

***

saat 12:52

Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilir.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələr və Haqqin.az saytı məlumat yayıb.

Əməliyyatın polis tərəfindən həyata keçirildiyi bildirilsə də Daxili İşlər Nazirliyindən Lent.az-a onlarda bu barədə məlumatın olmadığı bildirilib. 

# 6459
avatar

Oxşar yazılar