Bakıda küçədə meyit tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində baş verib.
57 yaşlı Abbasov Dilbazi Eldar oğlunun meyiti qəsəbə ərazisində küçədə tapılıb. Mərhumun hansı səbəbdən ölməsi bilinmir.
Araşdırma aparılır.