Bakıda mağazada kütləvi  ZƏHƏRLƏNMƏ
18 mart 2023 10:08 (UTC +04:00)

Bakıda mağazada kütləvi ZƏHƏRLƏNMƏ

0

Bakıda mağaza işçiləri kütləvi halda zəhərlənib. 

Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

Orada yerləşən mağazada işləyən – 26 yaşlı Arzu Bəbir qızı Zamanlı , 23 yaşlı Rəşidə Yusif qızı Quliyeva , 27 yaşlı Lalə Hüseyn qızı Rəhimli , 23 yaşlıAydan Xalıq qızı Kərimli iş vaxtı qəbul etdikləri qidadan zəhərlənib.

Onlar 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxanada onlara ambulator qaydada tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2455

Oxşar yazılar