Bakıda maşından bahalı qol saatı oğurlandı
22 fevral 2024 14:33 (UTC +04:00)

Bakıda maşından bahalı qol saatı oğurlandı

Bakıda avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xətai rayonu ərazisində BMW markalı avtomobildən 300 ABŞ dolları və 4000 manat dəyərində qol saatının oğurlanması barədə polisə məlumat daxil olub. 

Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən  Elşad Şirinov müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3174
avatar

Oxşar yazılar