Bakıda "MC Donalds" məhkəməyə verildi
03 fevral 2023 16:14 (UTC +04:00)

Bakıda "MC Donalds" məhkəməyə verildi

"MC Donalds Azərbaycan" QSC məhkəməyə verilib.

Lent.az xəbər verir ki, "MC Donalds"da gömrük qaydalarının pozulması aşkarlanıb. QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsilə protokol tərtib olunub.

Protokol baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib.

Maddə əsasında vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

# 2025
avatar

Mehman Nəbiyev

Oxşar yazılar