Bakıda mebel sexi yandı
04 mart 2022 20:50 (UTC +04:00)

Bakıda mebel sexi yandı

Bakıda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Xətai rayonunda ümumi sahəsi 330 m² mebel sexinin yanar konstruksiyaları, içərisində olan taxta və karton materiallar 60 m² sahədə yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

# 1914
avatar

Mehman Nəbiyev

Oxşar yazılar