Bakıda minik avtomobili avtobusla toqquşdu
18 iyun 2021 17:18 (UTC +04:00)

Bakıda minik avtomobili avtobusla toqquşdu

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Qaradağ rayonunda “Iveco” markalı avtobus və “Haval” markalı minik avtomobili toqquşub. Bu barədə nazirliyin qaynar xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

# 1221
avatar

Mehman Nəbiyev

Oxşar yazılar