Qəzaya düşən avtomobil
23 fevral 2022 17:41 (UTC +04:00)

Qəzaya düşən avtomobil

Bakıda narkotik çəkən taksi sürücüsü qəza törətdi - VİDEO

Suraxanı rayonu, Hövsan qəsəbəsində narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü qəza törədib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakı sakini Anar İsmayılovun idarə etdiyi “Toyota” markalı avtomobil hərəkətdə olan zaman nəqliyyat vasitəsi yoldan çıxaraq qəzaya düşüb və sürücü yüngül dərəcəli xəsarətlər alıb.

Hadisədən sonra Suraxanı rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları sürücünü tibbi müayinəyə aparan zaman onun sükan arxsasında narkotik vasitələrin təsiri altında olduğu sübuta yetirilib.

Sürücü ifadəsində taksi fəaliyyəti ilə məşğul olduğunu və avtomobili narkotik vasitə çəkərək idarə etdiyini boynuna alıb. Sürücü Anar İsmayılovun üzərinə baxış zamanı ondan şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin də aşkar edilib.

Sürücü barəsində Suraxanı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Anar İsmayılovun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanan material məhkəməyə göndərilib. 

Narkotikin təsiri altında olan sürücü qəza törətdi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2821

Oxşar yazılar

500-dən çox adam Azərbaycandan çıxa bilmədi

500-dən çox adam Azərbaycandan çıxa bilmədi

2 may 2025 , 13:40
Bakıda sərxoş kişi hamamda yıxılıb öldü

Bakıda sərxoş kişi hamamda yıxılıb öldü

2 may 2025 , 13:17
Ağcabədidə evdən meyit tapıldı

Ağcabədidə evdən meyit tapıldı

2 may 2025 , 12:28
Bakıda FACİƏ:  gənc qız hamamda BOĞULDU

Bakıda FACİƏ: gənc qız hamamda BOĞULDU

2 may 2025 , 11:46
Azərbaycanlı biznesmen 600 milyon dolları  necə ələ keçirib? - TƏFƏRRÜATLAR

Azərbaycanlı biznesmen 600 milyon dolları necə ələ keçirib? - TƏFƏRRÜATLAR

2 may 2025 , 10:36
"Koroğlu"da nasaz avtomobilə görə zəncirvari QƏZA - HADİSƏ ANI

"Koroğlu"da nasaz avtomobilə görə zəncirvari QƏZA - HADİSƏ ANI

2 may 2025 , 10:22
Sumqayıtda şagird vəfat etdi

Sumqayıtda şagird vəfat etdi

2 may 2025 , 10:19
Bank kartlarından 27 min manatdan  çox pul oğurlandı

Bank kartlarından 27 min manatdan çox pul oğurlandı

2 may 2025 , 10:05