Bakıda özünü binadan atan qadın xəstəxanada öldü
16 fevral 2022 09:46 (UTC +04:00)

Bakıda özünü binadan atan qadın xəstəxanada öldü

Bakıda 4 gün öncə özünü binadan atan qadın ölüb.

Lent.az-ın məlumatına görə, hadisə fevralın 11-də paytaxtın Nizami rayonunda qeydə alınıb. 45 yaşlı Babayeva Mahirə Əli qızı özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihara cəhd edib. O, ağır xəsarətlərlə 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsinə rəğmən M. Babayeva fevralın 15-də orada dünyasını dəyişib.

Onun hansı səbəbdən özünə qəsd etməsi hələlik məlum deyil.

Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır.

# 2658
avatar

Mehman Nəbiyev

Oxşar yazılar