Bakıda parklanmaya görə başqa sürücü cərimələndi - FOTO
24 fevral 2022 09:05 (UTC +04:00)

Bakıda parklanmaya görə başqa sürücü cərimələndi - FOTO

Bakıda dayanma-durma ilə bağlı sürücüyə yanlış cərimə yazılıb.

Bu barədə sürücü Murad Novruzov özü Lent.az-a məlumat verib.

Onun sözlərinə görə, “Ford” markalı 99-SG-129 dövlət qeydiyyat nişanlı avtomobil dayanma-durma qaydalarını pozduğu üçün səhvən adına İnzibati Xətalar Məcəlləsinin 346.1-ci (dayanma, durma qaydalarının pozulmasına görə) maddəsilə cərimə protokolu tərtib olunub. M. Novruzov bildirib ki, özünə məxsus olan avtomobil isə “VAZ-2109” markalı 99-SC-129 dövlət qeydiyyat nişanlı avtomobildir.

Şikayətçi qeyd edib ki, adına gələn səhv cərimə protokolu üzrə inzibati xəta fevralın 18-də, paytaxtın Yusif Səfərov küçəsində qeydə alınıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a cərimə protokolu tərtib olunarkən texniki səhvə yol verildiyini vurğulayıb. Onun sözlərinə görə, belə səhvlər texniki xarakter daşıyır və adına yanlış cərimə göndərilən vətəndaşın şikayəti əsasında qısa zamanda həllini tapır.

# 1590
avatar

Mehman Nəbiyev

Oxşar yazılar