Bakıda qəza edən maşın qaz borusuna  çırpıldı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
12 dekabr 2025 09:50 (UTC +04:00)

Bakıda qəza edən maşın qaz borusuna çırpıldı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

1

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, B.Çobanzadə küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və nəticədə yanğının yaranması barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı “Volkswagen” və “Porsche” markalı minik avtomobillərinin toqquşaraq yol kənarından keçən qaz boru kəmərini zədələdiyi və nəticədə kəmərdə yanğın yarandığı müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qaz boru kəmərində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Avtomobillər, ağaclıq sahə və ətraf ərazilər yanğından mühafizə olunub.

***
01:20

Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza Bəkir Çobanzadə küçəsində baş verib.

“Volkswagen” və “Porsche” markalı avtomobillər toqquşub, nəticədə nəqliyyat vasitələrindən biri qaz borusuna çırpılaraq aşıb. Hər iki avtomobilin yanması müşahidə olunub.

“Porsche”nin ayıq sürücü tərəfindən idarə edildiyi bildirilir.

Hadisə zamanı ümumilikdə 3 nəfər yaralanıb. Onlardan ikisinə hadisə yerində tibbi yardım göstərilib. “Porsche”nin sürücüsündə çanaq sümüyünün sınığı müəyyən edildiyi üçün o, xəstəxanaya yerləşdirilib.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1102

Oxşar yazılar