Bakıda RƏZALƏT:  ağır xəstə uşağa yığılan pullar  oğurlandı
03 mart 2026 17:00 (UTC +04:00)

Bakıda RƏZALƏT: ağır xəstə uşağa yığılan pullar oğurlandı

0

Bakıda ağır xəstə uşaq üçün bank kartına yığılan pul oğurlanıb.

Bu barədə Lent.az-a DİN mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nəsimi rayon sakini olan bir nəfərin ağır xəstəlikdən əziyyət çəkən azyaşlı övladı üçün maddi yardım toplanması məqsədilə sosial şəbəkələrdə paylaşdığı bank kartı məlumatları informasiya texnologiyalarından istifadə olunmaqla oğurlanıb. Bu barədə zərərçəkən polisə məlumat verib.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Orxan Hacıyev müəyyən edilərək saxlanılıb. O. Hacıyev ifadəsində həmin bank kartının konfidensial məlumatlarını əldə edərək hesabda olan pul vəsaitini müxtəlif kartlara köçürdüyünü və sonradan nağdlaşdırdığını bildirib.

Faktla bağlı araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 442

Oxşar yazılar