Binə qəsəbəsində yanğın
28 iyun 2021 15:25 (UTC +04:00)

Binə qəsəbəsində yanğın

Bakıda salfetka sexinda baş verən yanğın SÖNDÜRÜLDÜ - VİDEO - YENİLƏNİB

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən nəm salfetkaların istehsalı sexində baş vermiş yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, görülmüş operativ tədbirlərlə yanğının daha da genişlənməsinin qarşısı alınıb və yanğın söndürülüb.

***

saat 15:22

Fövqəladə Hallar Nazirliyi Binə qəsəbəsində salfetka istehsal edən sexdə baş verən yanğının söndürülməsinin görüntülərini yayıb.

Lent.az həmin görüntüləri təqdim edir:

***

Saat: 14:11

Bakının Binə qəsəbəsində güclü yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Lent.az-a bildirib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nəm salfetkaların istehsalı sexində yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Binədə salfetka sexi yanır

# 5514
avatar

Mehman Nəbiyev

Oxşar yazılar