Bakıda şirniyyat sexindən 18 minlik OĞURLUQ
18 mart 2022 13:41 (UTC +04:00)

Bakıda şirniyyat sexindən 18 minlik OĞURLUQ

Bakının Yasamal rayonu ərazisindəki sexlərin birindən 18600 manat dəyərində şirniyyat bişirən soba, lazer printer və 2 ədəd samovar oğurlanıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, bu barədə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qusar rayon sakinləri, əvvəllər məhkum olunmuş R.Kərimov, Z.Rüstəmov və oğlu R. Rüstəmov saxlanılıblar.

Araşdırma aparılır.

# 1557
avatar

Mehman Nəbiyev

Oxşar yazılar