Bakıda skuterlə yolu keçəni maşın vurdu
27 sentyabr 2023 05:34 (UTC +04:00)

Bakıda skuterlə yolu keçəni maşın vurdu

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Heydər Əliyev Mərkəzinin qarşısında qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Quluzadə Elşən Rəşid oğlu skuterlə yolu keçərkən onu maşın vurub.

Yaralı ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Faktı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

# 1794
avatar

Oxşar yazılar