Bakıda sosial ev almaq  istəyənlərin başına OYUN GƏLDİ: 90 minlik DƏLƏDUZLUQ
25 oktyabr 2025 13:21 (UTC +04:00)

Bakıda sosial ev almaq istəyənlərin başına OYUN GƏLDİ: 90 minlik DƏLƏDUZLUQ

0

Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda maddi vəsaitini ələ keçirməkdə şübhəli bilinən 36 yaşlı İlkin Akifoğlu saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, araşdırmalarla saxlanılan şəxsin ayrı-ayrı vətəndaşlara sosial evlərdə mənzil almaqda köməklik edəcəyi ilə bağlı yalan vədlər verərək dələduzluq etdiyi və zərərçəkənlərin ümumilikdə 90 min manatdan artıq pulunu mənimsədiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 424

Oxşar yazılar