Bakıda soyuducuda narkotik  gizlədən qadın və kişi TUTULDU
19 aprel 2025 13:43 (UTC +04:00)

Bakıda soyuducuda narkotik gizlədən qadın və kişi TUTULDU

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Lent.az xəbər verir ki, daxil olan məlumat əsasında Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 25 yaşlı Kübra Ağamirzəyeva və 29 yaşlı Natiq Adıgözəlov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar. Onlardan psixotrop maddə metamfetamin və narkotik vasitə heroin götürülüb. K.Ağamirzəyevanın yaşadığı evə baxış zamanı isə əlavə olaraq 4 kiloqrama yaxın heroin və metamfetamin də aşkarlanıb.

Bu şəxslər ifadələrində narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduqlarını bildiriblər. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Polisin ölkəboyu narkotik vasitə və psixotrop maddələrə qarşı mübarizə tədbirləri fasiləsiz davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1918

Oxşar yazılar

Beyləqan sakini ot tayasından  yıxılıb öldü

Beyləqan sakini ot tayasından yıxılıb öldü

23 avqust 2025 , 22:11
Gəncədə DƏHŞƏT:  oğul 60 yaşlı atasını bıçaqladı

Gəncədə DƏHŞƏT: oğul 60 yaşlı atasını bıçaqladı

23 avqust 2025 , 21:35
Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35
Hamilə olduğunu doğuş zamanı  öyrəndi

Hamilə olduğunu doğuş zamanı öyrəndi

23 avqust 2025 , 15:47
Ata-ana körpəni aclıqdan öldürdülər

Ata-ana körpəni aclıqdan öldürdülər

23 avqust 2025 , 15:28