Bakıda tələbə dənizdə batdı
27 iyun 2022 03:52 (UTC +04:00)

Bakıda tələbə dənizdə batdı

Bakının Sabunçu rayonunda dənizdə bir nəfər boğulub.

Lent.az xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Əhmədov Novruz Elnur oğlu dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə morqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, N.Əhmədov Bakıda kirayədə yaşayırmış.

O, tələbə olub. 

# 3546
avatar

Oxşar yazılar