Bakıda toy zamanı  restoran alovlandı - VİDEO
21 may 2025 11:54 (UTC +04:00)

Bakıda toy zamanı restoran alovlandı - VİDEO

Bakının Sabunçu rayonunda yerləşən “Louvre Palace” şadlıq sarayında yanğın baş verib.

Lent.az manset.az-a istinadən xəbər verir ki, hadisə ötən gün toy mərasimi keçirilən zaman olub. Belə ki, saat 19:35-də baş verən yanğının mətbəxdə başladığı bildirilib.

Həmçinin qeyd olunub ki, yanğın zamanı şadlıq evində iki toy mərasimi keçirilirmiş.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən şadlıq sarayının mətbəxində kiçik alovlanma baş verib: “Hadisəyə dərhal müdaxilə edilərək söndürülüb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1206

Oxşar yazılar