Bakıda “Toyota” özünü "Nissan"a ÇIRPDI
16 oktyabr 2024 03:37 (UTC +04:00)

Bakıda “Toyota” özünü "Nissan"a ÇIRPDI

0

Bakının Binəqədi rayonu ərazisində yol-nəqliyyatı hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza Bakı-Sumqayıt şossesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

Belə ki, “Toyota” markalı avtomobili idarə edən sürücü nəqliyyat vasitəsini eyni istiqamətdə hərəkətdə olan “Nissan” markalı maşına çırpıb.

Zərbənin təsirindən hər iki maşın deformasiyaya uğrayıb.

Hadisə nəticəsində “Toyota” markalı maşında olan sərnişin xəsarət alıb.

Qəzanın dəqiq səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3701

Oxşar yazılar