Bakıda obyektlər yandı
14 dekabr 2020 11:45 (UTC +04:00)

Bakıda obyektlər yandı

Bakıda yanaşı tikilən bir neçə obyekt yandı

Bakıda yanaşı tikilən obyektlər yanıb.

Lent.az FHN-in saytına istinadla bildirir ki, Suraxanı rayonunda ümumi sahəsi 120 m² olan bir dam altında tikilən obyektlərdən (avtomobil təmiri sexi, anbar və s. təyinatlı) sahəsi 100 m² olan anbarın dam örtüyü və içərisində olan ərzaq məhsulları 40 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Tikilinin qalan hissəsi və mağaza yanğından mühafizə olunub.
Yanğın söndürülüb.

# 816
avatar

Mehman Nəbiyev

Oxşar yazılar