Oğurlanan barmaqlıqlar
17 fevral 2022 22:36 (UTC +04:00)

Oğurlanan barmaqlıqlar

Bakıda yollardakı dəmir barmaqlıqlar oğurlandı - VİDEO

Bakıda yollardakı dəmir barmaqlıqlar oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Binəqədi və Bakı şəhərinin müxtəlif rayonlarında avtomobil yollarında quraşdırılan su ötürücü avadanlıqların dəmir barmaqlıqları naməlum şəraitdə oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisələri törətməkdə şübhəli bilinən Təvəkkül Nuriyev və Seymur Əhmədov saxlanılıblar. Araşdırmalar zamanı həmin şəxslərin paytaxt ərazisindəki yollarda 26 su ötürücü qurğusunun dəmir barmaqlığını oğurladıqları müəyyən edilib.

Saxlanılan zaman onlardan şəxsi istifadələri üçün əldə etdikləri narkotik vasitələr də aşkar edilib.

Faktlarla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət İşi başlanılıb. Təvəkkül Nuriyev və Seymur Əhmədov barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bakıdakı yollarda dəmir barmaqlıqlar oğurlandı

# 2115
avatar

Mehman Nəbiyev

Oxşar yazılar