Naxçıvanda dələduzluq əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, aparılan araşdırmalarla əvvəllər də məhkum olunmuş 32 yaşlı Tural Bağırovun müxtəlif şəxslərə Bakıdan münasib qiymətə avtomobil gətirəcəyini vəd edərək onların etimadını qazandığı və bu yolla ümumilikdə 9 nəfəri aldadaraq 58500 manat məbləğində pul vəsaitini ələ keçirdiyi müəyyən olunub.
Faktla bağlı Naxçıvan ŞPİ-də dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 
                 
                             
    