Siyəzəndə  DƏHŞƏT:   Borcunu qaytarmağa getdiyi qadını  boğub öldürdü -  YENİLƏNİB
27 oktyabr 2026 17:00 (UTC +04:00)

Siyəzəndə DƏHŞƏT: Borcunu qaytarmağa getdiyi qadını boğub öldürdü - YENİLƏNİB

0

Siyəzəndə xüsusilə ağır cinayətin üstü isti izlərlə açılıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumatda qeyd olunur ki, oktyabrın 26-da Siyəzən rayon sakini 1982-ci il təvəllüdlü Ağamalıyeva Xəyalə Muradağa qızının meyitinin aşkar olunması barədə məlumat daxil olub.

Siyəzən rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən peşəkarlıqla icra olunan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində isti izlər əsasında cinayətin üstü açılıb. 

Həyata keçirilmiş tədbirlərlə zərərçəkmişin tanışı 1991-ci il təvəllüdlü Naqil Ağamalıyevin borcunu qaytarmaq və girov qoyduğu qızılları götürmək bəhanəsi ilə Xəyalə Ağamalıyevanın evinə getdiyi, onu boğaraq öldürdüyü, daha sonra isə oradan qızıl, pul və digər qiymətli əşyalar götürərək hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir. 

Naqil Ağamalıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, xüsusilə ağır cinayətlərin üstünün açılması Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. Bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində mütəmadi olaraq kompleks tədbirlər davam etdirilir.

***

saat 12:32

Oktyabrın 26-da saat 10 radələrində Siyəzən şəhərində qətl hadisəsi baş verib.

Lent.az xəbər verir ki, Siyəzən rayonunun Böyük Həmyə kənd sakini, 45 yaşlı Naqil Səmədağa oğlu Ağamalıyev qohumu, 43 yaşlı Xəyalə Muradağa qızını yaşadığı evdə boğaraq öldürüb.

Əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1340

Oxşar yazılar