Baş həkimlərdən pul alan "reket jurnalist"  HƏBS OLUNDU
04 fevral 2022 11:43 (UTC +04:00)

Baş həkimlərdən pul alan "reket jurnalist" HƏBS OLUNDU

Özünü jurnalist kimi təqdim edərək vəzifəli şəxslərdən pul tələb edən şəxs cinayət başında yaxalanıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, özünü peşə fəaliyyətini həyata keçirən media nümayəndəsi qismində qələmə verən Hacıyev Bayram Nazim oğlu səhiyyə müəssisəsinin direktoru barəsində “Facebook” sosial şəbəkəsində və “YouTube” videopaylaşım platformasında qeydiyyatdan keçirdiyi “Sizintv.az” və “Vətəndaş Bayram Hacıyev” adlı səhifələrdə yerləşdirilmiş həqiqətə uyğun olmayan, nüfuzdan salan video materialların silinməsi və gələcəkdə bir daha belə paylaşımların edilməməsi müqabilində həmin şəxsdən müəyyən məbləğdə pul vəsaitini tələb edib. Bu barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Əməliyyat tədbirləri ilə Bayram Hacıyev təkrarən eyni niyyətlə, yəni barələrində həqiqətə uyğun olmayan rüsvayedici məlumatları sosial şəbəkələrdə yayma hədəsi ilə digər tibb müəssisələrinin rəhbər vəzifəli şəxslərindən onların yaxınları vasitəsi ilə 2.000 manat pul vəsaitini əvvəlcədən təyin etdiyi Bakı şəhəri Nərimanov rayonu ərazisindəki görüş yerində alarkən cinayət başında yaxalanıb.

Qeyd edilən faktlarla bağlı fevralın 3-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, B.Hacıyev həmin məcəllənin 182.2.2-ci maddəsi (təkrar hədə-qorxu ilə tələb etmə) ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz hallar tam və hərtərəfli araşdırılmaqla təqsirləndirilən şəxsin qanunsuz əməllərindən zərər çəkmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokurorluq bir daha informasiya məkanında qanunsuz fəaliyyətə meyl edən media subyektləri və sosial şəbəkə istifadəçilərini qanunvericiliyin tələblərinə riayət etməyə və digər vətəndaşların hüquqlarına hörmətlə yanaşmağa dəvət edərək, qanun pozuntusuna yol verən şəxslər barəsində ciddi məsuliyyət tədbirlərinin tətbiqi ediləcəyi barədə xəbərdarlıq edir.

# 3129
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Göygöldə yeniyetmə ÇAYDA BATDI  -VİDEO

Göygöldə yeniyetmə ÇAYDA BATDI -VİDEO

19 may 2024 , 00:28
Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20