Beyləqanda gənc oğlan kanalda boğulub öldü  - YENİLƏNİB
07 avqust 2026 09:47 (UTC +04:00)

Beyləqanda gənc oğlan kanalda boğulub öldü - YENİLƏNİB

0

Beyləqanda su kanalında batan gəncin axtarışları davam etdirilir.

Lent.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, daxil olan məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Hazırda batması ehtimal edilən 19 yaşlı Əhmədov Amin Zamir oğlunun axtarışları davam etdrilir.

Əlavə məlumat veriləcək.

***
09:23

Beyləqanda kişi suda boğulub.

Lent.az-ın xəbərinə görə, hadisə Birinci Şahsevən kəndi ərazisində qeydə alınıb.

Əhmədov Amin Zamir oğlu kənd ərazisindən keçən “Yeni Xan Qızı” adlı beton kanalda çimərkən suda boğularaq ölüb.

Hazırda onun meyitinin tapılması üçün axtarışlar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 420

Oxşar yazılar