Biləsuvarda əməliyyat-Narkotik və silah aşkarlandı
30 mart 2025 12:15 (UTC +04:00)

Biləsuvarda əməliyyat-Narkotik və silah aşkarlandı

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 38 yaşlı Eldar Məmmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən xəbərə görə, həmin şəxsdən 11 kiloqram marixuana, tiryək, metamfetamin və 1 ədəd gecəgörmə cihazı aşkarlanıb.

Həyata keçirilən digər tədbirlərlə isə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən Yusif Qurbanov saxlanılıb. Ondan "Makarov" markalı tapança, 4 ədəd patron və daraq aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1178

Oxşar yazılar