Birgə yaşadığı qadını,  onun anasını və qızını  öldürən kişi   tutuldu -  YENİLƏNİB
05 oktyabr 2026 16:51 (UTC +04:00)

Birgə yaşadığı qadını, onun anasını və qızını öldürən kişi tutuldu - YENİLƏNİB

0

Nijni Novqorodda sevgilisini, anasını və qızını öldürən qatil  hərbi hissəsini tərk edərək təhlükəsizlik qüvvələrindən gizlənib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, qaçdıqdan sonra o, qadın ilə gizlənib və münaqişə zamanı onu da öldürüb. Sonra o, sevgilisinin anası və qızının yanına gedib, qadınların ilk qurbanının itkin düşdüyünü bildirməməsi üçün onları da öldürüb.

Ən son məlumata görə, hər 3 şəxsin qətlində şübhəli bilinən kişi saxlanılıb. 

Müstəntiqlərin sözlərinə görə, kişi hüquq-mühafizə orqanlarından yayınıb və sonradan öldürdüyü birgə yaşadığı şəxsin mənzilində gizlənib.

***

16:18

Nijni Novqorodda nənə və nəvəni parçalayan şəxsin üçüncü qurbanı tapılıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o da qadındır.

Onun qətlə yetirilən nənə və nəvənin qohumu olduğu bildirilir. 

İlkin məlumatlara görə, ölən qadının cəsədi əvvəlki qurbanlarla əlaqəli ünvanda tapılıb.

***

16:01

Nijni Novqorodun girişində yol polisi əməkdaşları iki parçalanmış cəsəd aşkar ediblər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Borski körpüsünün yaxınlığındakı yol polisi məntəqəsində polis sənədləri yoxlamaq üçün Nijni Novqorod nömrə nişanlı şübhəli "Qazel"i saxlayıb. Elə bu zaman sərnişin nəqliyyat vasitəsindən düşərək qaçıb. Sürücü naməlum yük daşımaq üçün sifariş aldığını bildirib.

Yük maşınına baxış zamanı iki parçalanmış cəsəd aşkar edilib. Onların hissələri torbalara yığılıb. Onların yetkin qadın və 18 yaşlı qız - nənə və nəvə olduğu ehtimal olunur.

Hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1008

Oxşar yazılar